İdman

Azərbaycanlı hakim Avropa çempionatının oyununda

Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında oyunlarına ilk təyinatını alıb.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya – İtaliya görüşünün yan xətt hakimi olacaq.

Qeyd edək ki, Hollandiya – İtaliya matçı iyulun 18-i Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43