İdman

Azərbaycanlı hakim-inspektor Avropa Liqasının oyununda

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.
İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Avropa Liqasının qrup mərhələsinin ilk turunda iştirak edəcək.
O, “Styaua” (Rumıniya) – “Viktoriya” (Plzen, Çexiya) oyununun hakim-inspektoru təyin olunub. Sentyabrın 14-də baş tutacaq qarşılaşma Rumıniyanın Buxarest şəhərində keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43