Ölkə futbolu

Azərbaycanlı hakim İsveç – Kipr matçını idarə edəcək

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev UEFA-dan yeni təyinat alıb. 

İdmanxeber.com-un məlumatına görə, FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatındakeçiriləcək İsveç – Kipr qarşılaşmasını idarə edəcək.

Ona yan xətt hakimləri Namiq Hüseynovla Mübariz Haşımov kömək edəcəklər. Rauf Cabbarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də İsveçin Falkenberq şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43