İdman

Azərbaycanlı hakimlər “Challenge Cup” yarışlarına təyinat alıblar

Azərbaycan Həndbol Federasiyasının (AHF) hakimləri Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişilər arasında “Challenge Cup” yarışlarına təyinat alıblar.

İdmanxeber.com-un məlumatına görə, beynəlxalq dərəcəli hakimlərimiz aprelin 1-də Slovakiyanın Sala şəhərində “HKM Sala” (Slovakiya) və “JMS Hurry-Up” (Hollandiya) komandaları arasında baş tutacaq görüşü idarə edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43