Kateqoriyasız

Azərbaycanlı idmançı Rusiyada qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Orxan Tağızadə növbəti uğurunu qazanıb.

İdmanxeber.com-un məlumatına görə, idmançımız Rusiyanın Yakutsk şəhərində keçirilən VI “Asiya Uşaqları” Beynəlxalq İdman Oyunlarının qalibi olub. 

Yarışa qatılan gənclərdən ibarət Azərbaycan milli komandasının heyətində Rusiyaya yollanan idmançımız +73 kq çəki dərəcəsində hamıdan güclü olub. Yunanıstan, Rusiya, Qazaxıstandan olan rəqiblərinə qalib gələn taekvondoçumuz finala vəsiqə qazanıb. Həlledici görüşdə daha bir rusiyalını məğlub edən Tağızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43