Ölkə futbolu

“Azərbaycanlılar “böyük qardaş”a badalaq vurmaq üçün əlindən gələni edəcək”

“Oyuna köklənmək baxımından problem olacağına inanmıram. Ancaq Bakıda heç-heçə etsək pis olmayacam. Axı 1 xal millinin Braziliyaya birbaşa yollanmasına bəs edəcək”.

Bu sözləri “Simurq”un keçmiş çalışdırıcısı Sergey Yuran deyib. Rusiya yığmasının sabiq hücumçusu daha sonra bunları söyləyib:

“Azərbaycanlılar “böyük qardaş”a badalaq vurmaq üçün əlindən gələni edəcək. Oyuna yaxşı kökləniblər. Şimali İrlandiya üzərində qələbəni, Rusiya ilə matçda uğurlu nəticə qazanacaqları halda, vəd olunan mükafatı da unutmayaq. Onlar yaxşı sonluq naminə torpağı da gəmirəcəklər, əmin olun. Oyun çox çətin alınacaq. Amma uduzacağımızı düşünmürəm”.

“Məncə, 1:0 və ya 2:1 hesabı ilə qalib gələcəyik. Azərbaycanlılarla oynamaq həmişə çətindi. Berti Foqts praqmatik futbola üstünlük verir. Rəqib yaxşı təşkilatlanmış kollektivdi. Mərkəzi bağlayacaqlarına şübhə etmirəm. Cinahlarda yer alan kreativ oyunçularımızın əməyindən faydalanmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43