Ölkə futbolu

“Azersun” “Qarabağ”dan imtina edir ? – Rəsmi açıqlama

“Azersun Holding”in “Qarabağ”a sponsorluqdan imtina edəcəyi ilə bağlı iddialara klubdan münasibət bildirilib.

İdmanxeber.az-ın “Report”a istinadən yaydığı xəbərə görə,  Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl açıqlamasında bu yöndə çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

“Azersun Holding” ən böyük böhranların baş verdiyi vaxt “Qarabağ”ın büdcəsini azaltmadı və bu gün də belə bir şey yoxdur. Bu cür xəbərlərin hansı səbəbdən çıxdığını deyə bilmərəm, lakin qətiyyən həqiqəti əks etdirmir. Klub prezidenti Abdolbari Goozal ilə vitse-prezident Tahir Goozal hər zaman komanda ilə maraqlanırlar və bizə heç bir çatışmazlığın olmamasını tapşırıblar”, – o vurğulayıb.

Qeyd edək ki, “Azersun Holding” 2001-ci ildən “Qarabağ”a sponsorluq edir. Komanda bu müddətdə 5 dəfə çempionluq və eyni sayda ölkə kuboku qazanıb. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43