27 Yanvar 2020
Kateqoriyasız

Azı Qəbələdə, çoxu Masazırda

FutbolPressPremyer Liqada XIII turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

In yüksək göstərici Masazırda qeydə alınıb. “Sabah”ın “Bank Respublika Arena”da “Qarabağ”a 0:1 hesabı ilə uduzduğu turun bağlanış oyununu 3000 nəfər tribunadan izləyib.

Ən aşağı göstərici isə Qəbələdə qeydə alınıb. “Qəbələ” – “Zirə” (3:0) görüşündə 400 azarkeş olub.

“ASCO Arena”da baş tutan “Səbail” – “Neftçi” görüşünü (0:0) 800 nəfər izləyib. Bu stadionda keçirilmiş “Keşlə” – “Sumqayıt” qarşılaşmasında (2:1) isə 1000 azarkeş qeydə alınıb.

Ümumilikdə turun 4 oyununda 5200 azarkeş olub. Bu da orta hesabla hər matçı 1300 nəfərin izləməsi deməkdir.

Oxşar xəbərlər

“Qarabağ” – APOEL oyununun biletləri nə vaxt satışa çıxır?

admin

Xulen Lopeteqi: “Qarabağ”da güclü futbolçuların olması qələbəni çətinləşdirir”

admin

Qurban Qurbanovun 15 il əvvəl Torreslə rəqsi – Video

admin