Kateqoriyasız

“Bəlkə də, “Qəbələ” məğlubiyyətə layiq deyildi” – Qurban Qurbanov


FutbolPress


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Qəbələ”yə qalib gəldikləri (2:1) Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra fikirlərini bildirib. O, “CBC Sport”a açıqlamasında qələbəni belə şərh edib:

“Həddən artıq çətin oyun oldu. Son matçda da “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlmişdik. Bu gün də çox aqressiv oyun göstərdilər. Bəlkə də, “Qəbələ” məğlubiyyətə layiq deyildi. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq”.

Təcrübəli mütəxəssis Araz Abdullayevi meydana buraxması və onun qələbə qolunu vurması barədə bunları deyib:
“Desəm ki, Arazın meydana çıxması ilə çox bir şey dəyişdi, o qədər də düzgün olmaz. Sona az vaxt qalmışdı. Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim. Uğurlu alındı. Diqqətli davrandı və şansdan istifadə edə bildi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ”ın APOEL-ə verdiyi söz

admin

Namiq Ələskərov “Menemenspor” səfərində

admin