06 Avqust 2020
İdman

Bəxtiyar Abbasov Abu-Dabidə qələbə qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“CBC Sport”un əməkdaşları futbol klubunda işə başladılar

admin

“Azərbaycanda “Formula-1″ yarışları 5 il məcburi keçirilməlidir” – Nazir

admin

Legioner futbolçumuz ümidini kəsdi: “Vizaya görə mənə xəbər etməliydilər, ancaq…”

admin