29 Sentyabr 2020
Kateqoriyasız

“Bəzən rəqiblər buna imkan vermir” – Visente Qomes

Azərbaycan Premyer Liqasının II turunda keçirilən “Sabah” – “Qəbələ” oyunundan sonr atəşkil olunan mətbuat konfransında qonaqların çalışdırıcısı Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib…

– İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı oynayan biz idik. İkinci hissəyə bir az pis başladıq. Slavikin qırmızı vərəqəsindən sonra geri çəkilməyə məcbur olduq.

– İkinci hissədə rəqib daha çox hücum edib, qol imkanları yaratdı. Düşünmürsüz ki, komandanızın belə olması gələcək oyunlarda problem yarada bilər?
– Əlbəttə, bu tip oyunlar olacaq. Narahatlıq hissi yoxdur, çalışacağıq ki, rəqiblərimizin boşluqlarından istifadə edə bilək.

– Ramil və Xulionun birlikdə oynamasının nə kimi faydası oldu?
– Ramil daha çox cinahda oynayırdı, arada ortaya da girirdi. Ümumilikdə, hər ikisinin oyunundan razı qaldım.

– İlk qələbənizi qazandız. Komandanız və çempionat haqda nə düşünürsüz?
– Çempionat heç də asan deyil. Qarşıda bizi gərgin oyunlar gözləyir. Azərbaycan Premyer Liqası elə də asan çempionat deyil. Mənim üçün əsas olan nəticəylə yanaşı, həm də sərgilənən oyundur. Bu qarşılaşmanın icmalına baxıb, təhlillər edəcəm. İstəyirəm ki, komandam daha da yaxşı olsun. Futbolçularım əllərindən gələni etdilər.

– “Qarabağ”la oyuna nəzər salsaq, bugünkü “Sabah” fərqli oynadı. Hər turda rəqiblərə görə oyun sərgiləyəcəksiz, yoxsa bir oyun fəlsəfəniz var?
– Biz həmişə çalışırıq ki, top saxlayan tərəf olaq. Amma bəzən rəqiblər buna imkan vermir.

– Komandanın hədəfləri nələrdir?
– Çempionat uzundur. İndiki gördüyümüz komandalar bir ay sonra fərqli oyun sərgiləyə bilər. Öz oyun stilimizi yaratmaq istəyirik. Bu olduqdan sonra inanırıq ki, Avroliqaya vəsiqə əldə edəcək yerlərdən birini tutacağıq.

– Millidə Ramil Şeydayev tamam fərqli olur, “Sabah”da isə fərqli. Sanki yığmada olanda daha istəkli olur.
– Sizinlə razı deyiləm. Onun həvəssiz göründüyünə inanmıram. Bu suala cavab verə bilmərəm. Ramilin fərqli olduğunu düşünmürəm.

– Rəqibin heyətində yer alan İdris İnqilablı ikinci hissədə yaxşı çıxış etdi. O, müqavilə ilə “Sabah”a məxsusdu. Oyundan sonra onun yanına gedib, nə danışdız?
– Onu təbrik etdim. Dedim ki, belə oynamağa davam et, gözümüz üzərindədir.

– Slavikin meydandan qovulmasından sonra daha emosional olduz…
– Qırmızı vərəqədən sonra komanda üçün daha çətin oldu. Düşünürəm ki, belə emosional olmağım komandama kömək edir. Qələbə çox önəmlidir, hesabın elə də əhəmiyyəti yoxdur. Hesabdan çox meydanda sərgilənən oyun mənim üçün daha vacibdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”a qol vuran oyunçu: “Onları çox yaxşı analiz etmişdik”

admin

Gerye qol vurdu, komandasından möhtəşəm geridönüş

admin

“Qarabağ” “Neftçi”ni məğlub etdi

admin