Ölkə futbolu

Bədavi Hüseynov ən yaxşı seçildi

Topaz Premyer Liqada 16-cı turun ən yaxşı futbolçusu məlum olub.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “InStat”ın təhlilinə əsasən, bu, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovdur.

“Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolun müəllifi olub. Araşdırmalara əsasən Bədavi turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd  edək ki, “Sumqayıt” – “Qarabağ” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43