Milli komanda

Bədavi Hüseynov: “Hər şey Kosovo ilə görüşdə həll olunacaq”

Millətlər Liqasınd IV tura yekun vuruldu.

Millətlər Liqasında doğma meydanda Malta ilə heç-heçə etdiyimiz görüşün ardından millimizin müdafiəçisi Bədavi Hüseynov oyun barəsində açıqlama verib:

“Oyuna istədiyimiz kimi başladıq. Hər şey nəzarətimizdə idi. Rəqib cəmi bir dəfə qapımıza gəldi, o da qol oldu. Bizim isə kifayət qədər qol imkanlarımız olsa da, yararlana bilmədik. Kosovonun xal itirməsi bizim üçün çox yaxşı oldu. Hələ heçnə bitməyib. Hər şey Kosovo ilə görüşdə həll olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43