Kateqoriyasız

“Bəzi məlumatlar külək kimidir” – De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə danışarkən bəzi nüanslara toxunub.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis son vaxtlar haqqında yazılanları fərziyyə adlandırıb:

“AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm. Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95%-i yalandır”.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011 – 2017-ci illərdə Albaniya seçməsinin sükanı arxasında olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43