Premyer Liqa

Baçana Tsxadadze-2013-cü ilin bombardiri

“İnter”də bu il ən çox qol vuran futbolçuların adı məlum olub.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, 2013-cü il 39 rəsmi oyunda “İnter” rəqiblərinin qapısından 60 top keçirib. Bu oyunlarda komandanın heyətində 18 futbolçu fərqlənib.

2013-cü ildə “İnter”in heyətində fərqlənə bilmiş ən gənc futbolçu Fuad Bayramov, ən böyüyü isə Aleksandr İaşvili olub.

Başa çatmaqda olan ildə “İnter”in ən yaxşı bombardiri Baçana Tsxadadze olub, onun aktivində 11 qol var. Forvard 7 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan Kuboku oyunlarında və 2 dəfə də UEFA Avropa Liqası matçlarında fərqlənib.B.Tsxadadze ən çox “Rəvan” komandasının qapısından top keçirib-4. “Bakı” komandasının qapısından keçirdiyi qolların sayı 3-ə bərabərdir. “Xəzər-Lənkəran”, “Mariahamn”, “Tromse” və AZAL ilə keçirilən oyunlarda isə 1 dəfə qol sevinci yaşayıb. Məhsuldarlığa görə ikinci yeri “İnter”in yeni kapitanı Vaqif Cavadov olub. Forvard komandanın heyətində 23 matç keçirib və 10 dəfə fərqlənmək imkanı tapıb. 2013-cü ildə Asif Məmmədov 8 qola imza atıb.

“İnter”də 2013-cü ildə fərqlənən futbolçular aşağıda adları qeyd olunanlardır.

Futbolçu
Qollar
Qol vurduğu koamnda
1
Baçana Tsxadadze
11
4-Rəvan”, 3-“Bakı”,1-“X-L”,”Mariehamn”,”Tromse”,AZAL
2
Vaqif Cavadov
10
3-“Neftçi”, 2-“Sumqayıt”,1- “Mariehamn”,”Qarabağ”,”Qəbələ”,”Rəvan”,”Bakı”
3
Asif Məmmədov
8
2-“Şuşa”,1-“Х-L”,”Bakı”,”Qəbələ”,”Mariehamn”,”Rəvan”,AZAL
4
Yuri Fomenko
5
2-“Simurq”,1-“Qəbələ”,”Bakı”,”Qarabağ”
5
Aleksandr İaşvili
4
2-“Şuşa”,1-“Bakı”,”Neftçi”
6
Matiya Şpiçiç
3
1-“Bakı”,”Х-L”,”Şuşa “
7
Samir Zərgərov
2
1-“Х-L”,”Qəbələ”
8
Daniel Genov
2
2-“Simurq”
9
Ramil Mansurov
2
1-“Simurq”,”Qəbələ”
10
Brüs Abdulaye
2
2-“Rəvan”
11
Ruslan Əmircanov
2
1-AZAL,”Şuşa”
12
Abdulla Abatsiyev
2
1-“Şuşa”,”Sumqayıt”
13
İlia Kandelaki
1
“Bakı”
14
Fuad Bayramov
1
“Qarabağ”
15
Arif Daşdəmirov
1
“Qəbələ”
16
Leo Roşa
1
“Bakı”
17
Slavço Georgiyevski
1
“Qəbələ”
18
İlqar Ələkbərov
1
“Simurq”
19
Adil İbrahimov(Avtoqol)
1
“Sumqayıt”

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43