Premyer Liqa

Bahodir Nasimov “Bakı”ya qarşı oynaya bilməyəcək

“Neftçi”nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, hücumçu yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək pley-off oyunlara çağırılıb. Özbəkistan ilk oyununu sentyabrın 6-da səfərdə, 10-da isə keçirəcək.

Nasimov bu oyunlara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb. Bu isə o deməkdir ki, cari çempionatımızın ən sərrast oyunçularından biri V turda avqustun 31-də “Bakı” ilə matçda komandasına kömək etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43