Ölkə futbolu

“Bakcell Arena”da baş verən polis vəhşiliyinin – Videosu

 Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Bakcell Arena"da keçirilən "Qəbələ" – "Apollon" görüşünün son dəqiqələrində tribunada gərginlik yaşanıb. Şimali Kipr Türk Cümhuriyyətinin bayrağını dalğalandırmaq istəyən "Qəbələ" azarkeşinə polislər tərəfindən müdaxilə edilib.  Müdaxilə zamanı polislər azarkeşi tribunadan aşağı yuvarlayıb. Ağır xəsarət alan azarkeşə həkimlər tərəfindən yardım göstərilir. Hal-hazırda durumu ağır olan zərərçəkən hələ də özünə gəlməyib.
Həmin anların videogörüntüsünü təqdim edirik:
                     


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43