Premyer Liqa

“Bakcell Arena”da hakim biabırçılığı: Öncə qırmızı verdi, qol oldu, qərarını dəyişdi – FOTO

Hal-hazırda davam edən "Neftçi" – "Qarabağ" matçında gərginlik son həddə çatıb.

İdmanxeber.com-un məlumatına görə, Araz Abdullayevə qırmızı vərəqə göstərən hakim Vüsal Əliyev yenidən oyunu davam etdirən fiti çalıb. Sonradan fikirini dəyişən Əliyev Arazın meydanda qalmasına dair qərar qəbul edib. Maraqlıdır ki,  "Qarabağ" həmin epizodun ardından 3-cü qolu vurması Əliyevin yenidən qərarını dəyişməsinə səbəb olub. Nəticədə Əliyev Abdullayevin meydandan çıxmamasını əsas gətirərək Ağdam klubunun üçüncü qolunu qeydə almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43