Premyer Liqa

“Bakcell Arena”da hakim rüsvayçılığı: Baxın və qiymət verin! – VİDEOLAR

Hazırda davam edən “Neftçi” – “İnter” matçında ilk hissə başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı idarə edən İnqilab Məmmədov isə verdiyi qərarlarla diqqət mərkəzinə düşüb.

Belə ki, Məmmədov bir epizodda “İnter”in haqlı penaltisini verməyib.

Bundan sonra qarşılaşmanın 20-ci dəqiqəsində “bankirlər”in qapıçısı Səlahət Ağayevə baş hakim İnqilab Məmmədova etiraz edib və onu itələyib. Hakim isə bu vəziyyətdə qolkiperə qırmızı vərəqə göstərmək əvəzinə sarı vərəqə verib. 

Hələ ki, bu ilk 45 dəqiqədə olanlar idi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43