Kateqoriyasız

“Bakcell Arena”da məyus olan məşqçiyə daha 4 illik müqavilə təklif olundu

Rusiya Futbol Federasiyası Fabio Kapello ilə müqavilə müddətini artırmaq qərarına gəlib.

Buna səbəb komandanın DÇ-2014-ün seçmə mərhələsində uğurlu çıxış edərək, birbaşa mundiala vəsiqə qazanması olub. Onunla 4 illik müqavilə imzalanacaq.

İtaliyalı baş məşqçinin vəkili 21-22 noyabrda Moskvaya gələrək, müqavilənin şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, DÇ-2014-ə vəsiqə qazanan Rusiya yığması Portuqaliya, İsrail, Azərbaycan, Şimali İrlandiya və Lüksemburqun yer aldığı qrupdan 22 xalla qrup lideri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43