Kateqoriyasız

“Bakcell Arena”da azarkeşlərin fəryadı: AFFA-nı istefaya səsləyirlər

Azərbaycan mill komandası hazırda Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyanı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, görüşün keçirildiyi “Bakcell Arena”ya toplaşan azarkeşlər AFFA rəhbərliyini istefaya səsləyib. Onlar ardıcıl üçüncü oyunda da məğlub olmaq üzrə olan millimizin çıxışından narazı qalaraq “istefa” şüarları səsləndirirlər.

Qeyd edək ki, ilk hissədən sonra Slovakiya millimizi məğlub edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43