İdman

“Bakı-2015”: Avarçəkinimiz gümüş medal qazandı

Bu gün Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulur.

İdmanxeber.com-un məlumatına görə, Mingəçevirdə keçirilən yarışda final mərhələsinin yürüşləri keçirilir. Həlledici yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak edib.

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43