İdman

“Bakı-2015” Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edib

Oktyabrın 31-də “Bakı-2015” Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün rəsmi veb-saytında qeydiyyat səhifəsini açıq elan edib. Sayt azərbaycanlı və xarici azarkeşlərə “Bakı-2015” idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Avropa Oyunları ilə bağlı son xəbərlər üçün müraciət imkanı yaradır. Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər bir kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaqlar. Geniş ictimaiyyət üçün bilet satışına gələn il başlanılacaq.

Qeydiyyat səhifəsi “Bakı-2015” Avropa Oyunlarının bilet satışı üzrə rəsmi dəstəkçisi olan “Tickethour” şirkəti tərəfindən hazırlanıb.

Veb-saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır:

https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43