19 Sentyabr 2024
İdman

“Bakı-2015”: Azərbaycan atletindən dopinq tapılıb

Azərbaycanı təmsil edən idmançı Çaltu Becu dopinqdən istifadədə şübhəli bilindiyi üçün “Bakı-2015” I Avropa Oyunları çərçivəsində yarışlarda iştirakdan uzaqlaşdırılıb.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Azərbaycanı 3000 m məsafədə maneələrlə qaçış yarışlarında təmsil edən Ç.Becunun dopinq əleyhinə test nümunəsində qadağan olunan “osterin” maddəsi aşkar olunub.

Dopinq əleyhinə qaydaların pozulması ilə əlaqədar idmançı yarışlardan uzaqlaşdırılıb, onun “Bakı 2015” I Avropa Oyunlarında qazandığı nəticələr ləğv edilib.

Qeyd edək ki, bu addım yüngül atletika üzrə yarışların komanda nəticəsinə təsir etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43