İdman

“Bakı-2015”: Azərbaycandan 14-cü qızıl medal

Ölkəmizi “Bakı-2015” I Avropa Oyunlarında təmsil edən gimnastımız Oleq Stepko bu gün növbəti medal qazanıb.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı idmançı  paralel qollarda yarışında 15.733 xal yığaraq qızı medala sahib çıxıb. Bu, Azərbaycanın Avropa Oyunlarındakı 14-cü qızılı olub.

Qeyd edək ki, Oleq Stepko bu gün gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43