Kateqoriyasız

“Bakı-2015”: Boksçumuz ermənini məğlub etdi (CANLI YAYIM)

“Bakı-2015” I Avropa Oyunlarında boks yarışları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün daha iki boksçumuz mübarizəyə qoşulur.

52 kq

Millimizin üzvü Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi irlandiyalı Mayls Kesi olub. 3:0 hesabı ilə qələbə qazanan boksçumuz 1/4 finala yüksəlib.

60 kq

Digər boksçumuz Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçiib. O, Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Boksçumuz bu görüşdə qələbə qazanaraq mərhələ adlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43