17 Sentyabr 2024
İdman

“Bakı-2015”: Bu gün hansı idmançılarımız yarışacaq?

Bu gün Azərbaycan idmançıları “Bakı-2015” I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək.

İdmanxeber.com-un “Bakı-2015.com”a istinadən yaydığı xəbərə görə, təmsilçilərimiz ümumilikdə 4 idman növü üzrə mübarizə aparacaq.

Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.

Boks, saat 12:30-dan

Qadınlar arasında turnirdə Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışacaq.

Digər boksçumuz Xaybula Musalov isə saat 13:30-da kişilər arasında yüngül çəki (75kq) dərəcəsində belaruslu Vitali Bandarenka ilə mübarizə aparacaq.

Yığmamızın lidelərindən olan  Tayfur Əliyev  (56kq) yarımfinal qarşılaşmasında  rusiyalı Baxtovar Nazirov ilə görüşəcək.

Digər  təmsilçimiz  Teymur Məmmədov saat 20:15-də yüngül-ağır (81kq) çəki dərəcəsində Rusiya idmançısı Pavel Silyaqinə qarşı yarımfinal görüşünə çıxacaq.

3×3 basketbol, saat 15:30-dan

Qadınlar Hollandiya və Yunanıstanla, kişilər isə Andorraya qarşı mübarizə aparacaqlar.

Badminton, saat 15:40-dan

Çimərlik futbolu,  saat 20:30-dan

Azərbaycan yığma komandası Ukrayna ilə qarşılaşacaq. A qrupunda İsveç və Portuqaliya kimi güclü komandaların olması ilə hər iki tərəf yarımfinala yüksəlmək üçün mütləq qələbə uğrunda mübarizə aparacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43