Kateqoriyasız

“Bakı-2015”: Çimərlik voleybolçularımız ilk görüşlərini qələbə ilə başa vurur – YENİLƏNİR

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadınlar arasında çimərlik voleybolu yarışlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan bu yarışda 2 komanda ilə təmsil olunur.

Vivyan Kunya və Zinaida Lyubimovadan ibarət komanda A qrupunda, Yuliya Kərimova və Rakel Ferreyradan ibarət kollektiv isə H qrupunda mübarizə aparır.

Bu gün cütlüklərimiz iki görüş keçirəcəklər.

Vivyan Kunya və Zinaida Lyubimova öncə Danimarkanı təmsil edən Eva Banq və Sesilie Olsenlə, daha sonra isə avstriyalı voleybolçular – Maria Lena Plesiutşniq və Katarina Şutzenhoferlə üz-üzə gələcək.

Yuliya Kərimova və Rakel Ferreyra isə əvvəlcə Polşa təmsilçiləri Katarjina Koçiolek və Dorota Straqla/ daha sonra isə ukraynalılar Daria Udovenko və Yelizaveta Sulima ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Çimərlik voleybolu, qadınlar

A qrupu

Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) – Eva Banq/Sesilie Olsen (Danimarka) – 2:0 (21:14, 21:17)

Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) – Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) – 2:1 (21:14, 18:21, 18:16)

20:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) – Eva Banq/Sesilie Olsen (Danimarka)

22:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) – Maria Lena Plesiutşniq/Katarina Şutzenhofer (Avstriya)

H qrupu

Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) – Katarjina Koçiolek/ Dorota Straq (Polşa) – 2:0 (21:18, 21:18)

Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) – Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna) – 2:0 (21:12, 21:19)

20:00. Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) – Katarjina Koçiolek/Dorota Straq (Polşa)

21:00. Yuliya Kərimova/Rakel Ferreyra (Azərbaycan) – Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43