Kateqoriyasız

“Bakı-2015”: daha bir idmançımız finalda

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında 200 metr məsafəyə yarışlara start verilib.

İdmanxeber.com-un məlumatına görə, yarışın 2-ci günündə 5 növ yarışda ilkin və yarımfinal mərhələləri keçirilir.

Azərbaycan yığmasının üzvü Valentin Demyanenko kanoeçilərin yarışında qüvvəsini sınayıb. Milliləşdirilən idmançımız ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub.

Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.

Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43