İdman

“Bakı-2015”: Güləşçilərimiz günü 2 qızıl, 1 bürünc medalla başa vurur (YENİLƏNİB)

"Bakı-2015" I Avropa Olimpiya oyunlarında sərbəst güləş yarışları davam edir.

İdmanxeber.com-un məlumatına görə, güləşçilərimiz 4 çəki dərəcəsində – 57, 65, 74, 97 kq-da mübarizəyə qoşulacaqlar.

57 kq

Bu çəki dərəcəsində ölkəmizi Yaşar Əliyev təmsil edir. 1/8 finaldan mübarizəyə qoşulacaq Əliyevin ilk rəqibi Fransa təmsilçisi El Ouaraqqe olub. İdmançımız qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə rəqib erməni güləşçisi olub. İdmançımız qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rus idmançısına məğlub olan Əliyev bürünc medallar uğrunda mübarizə aparıb. Bu görüşdə Türkiyə təmsilçisinə məğlub olan Yaşar Əliyev bürünc medalı əldən verib.

65 kq

Bu çəki dərəcəsində ölkəmizi Toğrul Əsəgrov təmsil edir.  22 yaşlı güləşçimizin rəqibi Rusiyanı təmsil edən Bekbulatov olub. Təmsilçimiz bu görüşdə qələbə qazanaraq növbəti mərhələyə adlayıb. 1/8 finalda moldovalı idmançıya şans verməyən Toğrul 1/4 finala vəqisə qazanıb. Bu mərhələdə rəqibini təmiz qələbə ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. Yarımfinalda belarusiyalı idmançıya qalib gələn Əsgərov finala yüksəlib. Son görüşündə təmiz qələbə qazanan Toğrul Əsəgrov qızıl medal qazanıb.

74 kq

Güləş yığmamızın liderlərindən olan Cəbrayıl Həsənov bu çəki dərəcəsində ölkəmizi təmsil edir. 1/8 finaldan mübarizəyə qoşulacaq Həsənovun rəqibi Macarsıtanı təmsil edən Nagy Mihaly olub. Təmsilçimiz bu görüşü qələbə ilə başa vurub. 1/4 finalda türkiyəli idmançya  məğlub olan Cəbrayıl təsəlli verici görüşdə qalib gələrək bürünc medallar uğrunda mübarizə aparamağa şans qazanıb. Bürünc medal uğrunda görüşdə inamlı mübarizə aparan  Cəbrayıl Həsənov qələbə qazanıb.

97 kq

Bu çəki dərəcəsində ölkəmizi Xetaq Qazyumov təmsil edir. Təmsilçimizin rəqibi Polşa idmançısı Baran Radoslav olub. İdmançımız görüşü qələbə ilə başa vurub.  1/8 finalda moldovalı idmançıya qalib gələn Xetaq növbəti mərhələyə adlayıb. Bu mərhələdə Belarus idmançısına qalib gələn təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda rusiyalı güləşçi Abdusalam Qadisova qalib gələn Qazyumov finala vəsiqə qazanıb. Final görüşündə gürcüstanlı idmançıya qalib gələn təmsilçimiz qızıl medal qazanır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43