İdman

“Bakı 2015” I Avropa Oyunları start götürür

Bu gün “Bakı 2015” I Avropa Oyunları start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, ilk dəfə təşkil olunacaq turnirin açılış mərasimi yenicə istifadəyə verilən Olimpiya stadionunda baş tutacaq. Saat 20:15-dən start götürəcək açılış mərasimini dünyanın bir neçə telekanalı canlı yayımlayacaq.

17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Açılış günündə 2 idman növü – su polosu və sinxron üzgüçülük üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 28-dək davam edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43