İdman

“Bakı-2015”: Millimiz Polşaya şans vermədi (YENİLƏNİB)

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçuların yarışında qrup mərhələsinin II turuna yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, A qrupunda qərarlaşan millimiz bu dəfə Polşa seçməsini sınağa çəkib. İlk görüşdə qələbə qazanan millimiz bu dəfə də azarkeşləri sevindirib. Yığmamız Polşaya set vermədən qalib gəlib – 3:0.

Voleybol, qadınlar



15 iyun


II tur



A qrupu



Türkiyə – İtaliya – 3:0  (25:16, 25:10, 25:17)



Rumıniya – Belçika – 0:3 (21:25, 21:25, 23:25)



Azərbaycan – Polşa – 3:0 (28:26, 25:16, 25:23)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43