İdman

“Bakı-2015”: Taekvondoçularımız günə 1 qızıl, 1 gümüş medalla yekun vurur – (YENİLƏNİB)

Bu gün "Bakı-2015" Avropa Oyunlarının taekvondo yarışında daha 2 dəst medal öz sahibini tapacaq.

İdmanxeber.com-un məlumatına görə, kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Taekvondo

Kişilər

80 kq

İlkin mərhələdən mübarizəyə qoşulan.Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Təmsilçimiz rəqibio üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gəlib. Təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5). Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə qüvvəsini sınayıb. Yarımfinal görüşündə inamlı qələbə qazanan idmançımız finala yüksəlib. Final görüşündə Rusiya təmsilçisinə qalib gələn idmançımız qızıl medalın sahibi olub.

Qadınlar

67 kq

Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçiribvə rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb.  Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb. Bu görüşdə də qalib gələn idmançımız finala vəsiqə qazanıb. Final görüşündə rusiyalıidmançı ilə qarşılaşan Fəridə Əzizova məğlub olaraq gümüş medal qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43