Kateqoriyasız

“Bakı-2015”: Ukrayna millimizdən güclü oldu

Bakı-2015 I Avropa Oyunlarında bu gün daha bir idman növündə mübarizəyə start veriləcək. 

İdmanxeber.com-un məlumatına görə, çimərlik futbolu üzrə komandalar ilk oyunlarına çıxacaqlar.

Milli komandamız ilk matçında Ukrayna ilə qarşılaşacaq. A qrupunda yer alan millimi Ukraynayla matçı saat 20:30-da keçirəcək.

Qeyd edək ki, 8 komandanın qatıldığı yarış 2 qrup üzrə keçiriləcək və hər qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Qrupları 3-cü və 4-cü pillədə başa vuracaq komandalar isə 5-ci yer uğrunda mübarizə aparacaqlar.

Çimərlik futbolu

24 iyun. I tur

A qrupu

17:30. Portuqaliya – İsveçrə 5:4

20:30. Ukrayna – Azərbaycan 3:1

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43