08 Sentyabr 2024
Kateqoriyasız

“Bakı-2015″də dopinq qalmaqalı

Albaniyalı idmançı Recildo Zeneli “Bakı 2015” I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb.

İdmanxeber.com “Bakı-2015″in saytına istinadən xəbər verir ki, albaniyalı boksçunun dopinq yoxlamasında qadağan olunan preparatlar siyahısında olan furosemid aşkarlanıb.

Xatırladaq ki, R.Zeneli heç bir mübarizədə iştirak etməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43