İdman

“Bakı-2015″in açılışı üçün pulsuz bilet

İyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarının açılış mərasiminə bilet qazanmaq şansı yaradılıb.

İdmanxeber.com-un “Bakı-2015″in rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun üçün iştirakçılar özlərinin şəkli və ya videolarını “Hello Baku” (“Salam Bakı”) sözləri ilə birgə sosial şəbəkədə (“Twitter” və ya “İnstagram”) yerləşdirməlidirlər.

Onlar “Bakı-2015″ə qatılacaq 50 ölkədən olmalıdırlar. Müsabiqə martın 31-də başa çatacaq. Qalib isə aprelin 7-dək elan olunacaq. Qalibə Bakıya 2 nəfərlik uçuş və açılış mərasimi üçün bilet, oteldə bir gün qalma paketi veriləcək.

Qeyd edək ki, iştirakçıların yaşı 18-dən yuxarı olmalıdır.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43