Kateqoriyasız

“Bakı-2015”in açılışın stadiondan 68 min tamaşaçı izləyəcək”

Ukraynanın xsport.ua idman portalı birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə istinadən məlumat yerləşdirib.

İdmanxeber.com-un “Azərtac”a istinadən verdiyi məlumata görə, xəbərdə qeyd olunub ki, Avropa Oyunlarının Təşkilat Komitəsi tədbirin açılış mərasimini 68 min tamaşaçının stadionda birbaşa, o cümlədən Avropanın 45, ümumilikdə dünyanın 98 ölkəsinin idmansevərlərin televiziyadan izləyəcəyini gözləyir: “Biz açılış mərasiminin detalları haqqında məlumat vermirik. İstəyirik ki, Azərbaycanda baş tutacaq bu böyük idman hadisəsi dünya teleauditoriyası üçün gözəl sürpriz olsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43