Ölkə futbolu

“Bakı” da ümummilli lideri yad etdi

"Bakı" futbol klubunun üzvləri, gənc və yeniyetmə futbolçular Ümummilli Liderin anım günündə bir araya gələrək Heydər Əıiyevin əziz xatirəsini yad ediblər.

Klub muzeyinə toplaşan "Bakı"lılar dahi rəhbərin həyat və fəaliyyətini əks etdiən fotostendlərin eksponatlarını izləyiblər.

Heydər Əliyev haqqında yazılan çoxsaylı kitabların yer aldığı rəflər gənc futbolçuların maraq dairəsinə düşməsi də təsadüfi deyil. Onlar müsair Azərbaycan Respublikasının yaradıcısı Heydər Əliyevin keçdiyi keşməkeşli və şərəfli həyat yolunu işıqlandıran ən son nəşrləri vərəqləyərək, muzeyin zəngin biblioqrafiyası ilə tanış olublar.

Klub rəsmisi Nəriman Mehdiyev Ümummili Lideri dünya dahiləri sırasına ucaldan tarixi hadisələr barədə geniş məlumat verərək, Heydər Əliyevin xalqımızın müstəqəlliyi, aminamanlığı və firavanlığı naminə xidmətlərini haqda söhbət açmışdır.

Sonda Anım iştirakçıları Dahi Rəhbərin klub bazasında uzaldılan büstü önündə xatirə şəkli çəkdirdilər. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43