Ölkə futbolu

“Bakı” iddiasını rəsmən itirdi: “Onsuz da avrokuboklara çıxıb neynəyirik ki?”

“Bakı”nın bu vəziyyətə düşməsi lehimizə oldu. İndi biz belə bir durumdayıq deyə mən bunu demirəm. İnanın, “Bakı” futbol klubunun bazasında yetişən uşaqlar yaxın illərdə milli komandamıza böyük xeyir verəcək və siz bunun şahidi olacaqsınız”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidov deyib.

Paytaxt klubunun rəsmisi yalnız gənc və yerli oyunçulara şans verəcəklərini də bildirib:

“Bugünə kimi xeyli sayda legionerlər gəlib “Bakı”ya. Onların içərisində məşhur simalar da çox olub. Sonda xeyri nə olub? Heç nə.. Ona görə də bugünkü durumumuz lehimizə oldu. Öz yerli gənc oyunçularımıza şans verəcəyik. Onlar Azərbaycan futboluna xeyir verəcəklər. Onsuz da avrokuboklara çıxıb neynəyirik ki? Ondansa öz ölkəmizin milli komandasına, Azərbaycan futboluna yerli, perespektivli futbolçular yetişdirək. İnandırım ki, sizi bu dediklərimi yaxın illərdə görəcəksiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43