Kateqoriyasız

Bakı İdman Sarayı “Azərişıq”ın təhlükəsizlik idarəsinin keçmiş sədrinə tapşırıldı

Bakı İdman Sarayına yeni direktor təyin olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Əsgərov bu gündən fəaliyyətə başlayıb. (Report)

O, yeni təyinatadək “Azərişıq” ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.

Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. Kazımova dekabrın 20-də işdən çıxarılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43