Ölkə futbolu

“Bakı” iki legionerini göndərdi

Paytaxtın “Bakı” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Bu barədə idmanxeber.com-a klubun icraçı-direktoru Yaşar Seyidov məlumat verib.

“Zolaqlılar”ın rəsmisi bildirib ki, Aleksandr Şoliç və Deyvidas Çesnauskis komandadan göndərilib. Hər iki futbolçuyla müqavilə bitdiyindən onlarla yolların ayrılmasına qərar verilib.

Qeyd edək ki, payaxt klubu buna kimi Edin Nuredinoski, Mario Rubio, Xavyer Junior, Marius Pena və Elvin Məmmədovla yolları ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43