Ölkə futbolu

Bakı “İnter”i adını dəyişir

Azərbaycan futbolunda daha bir komanda yeni ad altında çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, Bakının “İnter” klubunun adı dəyişdiriləcək. Bu barədə “Apasport”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, “İnter”in yeni adının nə olacağını açıqlamasa da, dəyişikliyin baş verəcəyini təsdiqləyib: “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək”.

Qeyd edək ki, “Xəzər Universiteti” kimi yaranan klub 2004-cü ildən “İnter” adını daşıyır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43