Kateqoriyasız

Bakı “İnter”i Bolqarıstan millisinin üzvünü transfer edir?

Bakının “İnter” klubu Bolqarıstandan futbolçu transfer edir.

Bolqarıstan mətbuatının yaydığı xəbərə görə, “bankirlər” sözügedən ölkənin iddialı klubu olan “Levski”nin mərkəz hücumçusu Svetan Genkovu rənglərinə bağlamaq istəyir.

Tərəflər arasında danışıqlar davam edir. 

Qeyd edək ki, Genkov Bolqarıstan millisinin də şərəfini qoruyub. O, əsas millidə 18, 21 yaşıllarda isə 9 oyuna çıxıb, 3 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43