Kateqoriyasız

Bakı “İnter”i “Dinamo”nun sabiq üzvünü transfer edir

Avropa Liqasında mübarizə aparacaq “İnter” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Bank klubu Kiyev “Dinamo”sunun sabiq üzvü Nika Kvekveskiri ilə güclənməyə yaxındır.

Son klubu “Dila” olan futbolçu geridə qoyduğumuz mövsümdə Gürcüstan çempionu adını qazanıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Nika ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geysə də, əsas millidə çıxış etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43