16 Sentyabr 2024
Kateqoriyasız

Bakı “İnter”i əcnəbi futbolçu transfer etdi – “Yuvaya” dönüdü

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “bankirlər” Mirhüseyn Seyidovun ardından daha bir futbolçunu heyətinə qatıb.

Bank klubu sabiq futbolçusu Yuri Fomenkonu heyətinə qatıb.

29 yaşlı ukraynalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2013-cü ildə “İnter”də çıxış etmiş hücumçu müxtəlif vaxtlarda “Kəpəz” və AZAL-ın heyətində də top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43