Ölkə futbolu

Bakı “İnter”i “Latsio”nun istədiyi futbolçunu transfer etdi: Müqavilənin müddəti bəllidi (AÇIQLAMA)

Bakının “İnter” klubu növbəti transferini reallaşdırmaq üzrədi.

İdmanxeber.com Serbiya mətbuatına istinadən xəbər verir ki, “bankirlər” Serbiya millisinin sabiq futbolçusu Vojislav Stankoviçi heyətinə qatmağa hazırlaşır.

Uzun müddətdir ki, “Partizan”da forma geyinən 28 yaşlı müdafiəçi bu gün paytaxtımıza gələrək “İnter”lə müqavilə imzalaması gözlənilir.

Müqavilə müddəti iki illik nəzərdə tutulub.

Futbolçu yerli mətbuata açıqlamasında hansı səbəbdən “İnter”i seçdiyinə də aydınlıq gətirib:

“Mən “Partizan”dan təklif gözlədim. Ancaq onlar vaxt istədilər. “İnter” daha cəld tərpənərək mənə təklif göndərdi və mən bunu qəbul etdim. “İnter” tərəfi məni Bakıda “Neftçi” ilə keçirdiyimiz oyundan izləyirdilər”.

Stankoviç sonda “Latsio”nun ona ötən il göndərdiyi təklifə də toxunub:

“Ötən mövsüm “Latsio”dan mənə təklif gəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43