Ölkə futbolu

Bakı “İnter”i “Partizan”ın futbolçusunu transfer etdi

“İnter” klubunun rəhbərliyi yeni futbolçu ilə müqavilə imzaladı.

Belə ki, Voislav Stankoviç növbəti 2 il ərzində “İnter”in heyətində çıxış edəcək. Xatırladaq ki, futbolçunun son klubu Serbiyanın “Partizan” olmuşdu.

Qeyd edək ki, “İnter” qış fasiləsində daha üç futbolçu- Əfran İsmayılov, Ruben Şaken və Tural Hümbətovla müqavilə imzalamışdı.

Əlavə edək ki, serbiyalı futbolçu üçün sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olundu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43