Kateqoriyasız

Bakı “İnter”i üçün “Green Park”

Bakının “İnter” klubu Avropa Liqasına hazırlıq çərçivəsində İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində  təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “İnter” artıq Türkiyədədir. Kaxabar Sxadadzenin komandası bir neçə saat əvvəl məskunlaşacağı “Green Park” otelinə çatıb.

Qeyd edək ki, “İnter” bu gün yerli vaxtla saat 10:00-da ilk məşqinə çıxacaq.

Türkiyədəki təlim-məşq toplanışı ayın 10-na kimi davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43