Ölkə futbolu

Bakı “İnter”ini sevindirən paraqvaylı

Xəbər veridiymiz kimi, “İnter”in hücumçusu Sezar Meza Kolli uzun müddətdir ki, zədədən əziyyət çəkirdi.

İdmanxeber.com-un məlumatına görə, mart ayında ölkə kubokun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirilən cavab oyunda ağır zədə alan paraqvaylı oyunçu artıq Bakıya qayıdıb. Dünən əvəzedicilərlə oyun zamanı Sezar Meza Kolli meydanın kənarında fərdi qaydada məşql edib.

Qeyd edək ki, yaxın zamanda Sezar Meza Kollinin adı komandamızın PFL-dəki  sifariş ərizəsinə təqdim olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43