Ölkə futbolu

Bakı “İnter”inin I hissə statistikası

Məlum olduğu kimi, dekabrın 20-də Azərbaycan Premyer Liqasının birinci hissəsi başa çatıb. Komandalar artıq ekvatoru keçib, bu isə o deməkdir ki, ilkin yekunlar barədə danışmağın vaxtı gəlib çatıb. Bu materialda “İnter”in ilk 18 matçdakı statistik göstəricilərini sizə təqdim edirik.  

4-cü yer və 27 xal  

Mövsümün ilk hissəsində “İnter”ə 27 xal əldə etmək mümkün oldu və bununla komanda turnir cədvəlində 4-cü yeri tutur. Orta hesabla “İnter” hər oyuna 1,5 xal toplayıb. Əgər uğursuz ilk dövrədə komandaya 10 xal toplamaq müyəssər olsa da, ikinci dövrədə Kaxaber Tsxadadzenin yetirmələri 7 xal çox topladılar ki, bu da ikinci dövrənin 3-cü nəticəsi oldu (“Qəbələ” və “Qarabağ”dan sonra).   

Səfər komandası   

“Bankirlər” 27 xaldan 12 xalı ev oyunlarında toplayıb. Bu, komandanın topladığı xalların 44 faizinə və ev oyunlarında mümkün xalların 40 faizinə bərabərdir. Orta hesabla “İnter” hər ev oyununda 1,2 xal toplayıb. 4 məğlubiyyətdən və 1 heç-heçədən sonra ilk ev oyunu qələbəsini “İnter” yalnız 12-ci turda “Rəvan” komandasına qarşı keçirdiyi matçda əldə edib. Lakin bundan sonra komanda doğma divarlar arasında məğlub olmayıb və onun evdə məğlubiyyətsizlik seriyası artıq 5 oyun təşkil edir (3 qələbə və 2 heç-heçə).    Səfərdə komandanın işləri daha yaxşı gedib ki, bu da “İnter”i “səfər komandası” adlandırmağa imkan verir. Belə ki, Kaxaber Tsxadadzenin yetirmələri 8 səfər qarşılaşmasında 15 xal toplayıblar (5 qələbə və 3 məğlubiyyət). Bu, komandanın səfər görüşlərində topladığı xalların 56 faizinə və səfər oyunlarında mümkün xalların 63 faizinə bərabərdir. Orta hesabla “İnter” keçirdiyi hər səfər oyununda 1,87 xal toplayıb.

27 qol, 9-u Vaqif Cavadov adlı

İlk 18 oyunda “İnter” 27 dəfə rəqib qapısına yol tapıb: orta hesabla hər oyuna 1,5 qol düşür, orta hesabla komanda hər 60 dəqiqədən sonra bir dəfə fərqlənib. Paradoksal haldır, amma pis nəticələrlə yadda qalan ilk dövrədə “İnter” 17 dəfə fərqlənib, bu isə daha uğurlu olan ikinci dövrəylə müqayisədə 6 qol çoxdur. Komanda 15 görüşdə qol vurub və yalnız 3 qarşılaşmada rəqib qapısına yol tapa bilməyib. “İnter”in qol seriyası ilk 9 tur təşkil edir və bu seriya 10-cu tur çərçivəsində “Qəbələ”yə (0:1) qarşı keçirdiyi ev oyununda qırılıb. Ev oyunlarında “İnter” 13 qolla yadda qalıb, 14 qol isə səfər matçlarında vurub. “İnter” ən çox qolu “Rəvan”nın qapısından keçirib-8. 4 qol “Neftçi” və “Sumqayıt” komandalarının qapısından keçirib. Ən az, yəni 1 qol isə “Qarabağ”, “Simurq”və “Xəzər-Lənkəran” komandalarının qapılarına vurulub.  

“İnter”in, ümumiyyətlə, çempionatın ilk hissəsinin ən yaxşı bombardiri Vaqif Cavadov oldu. Hücumçu 18 matçın 9-unda fərqlənib. Mövsümün ilk hissəsində o, hər 175 oyun dəqiqəsindən bir qol vurub. Vaqif Cavadov “İnter”in qollarının 33 faizini öz hesabına yazıb.  

21 buraxılmış qol  

“İnter” mövsümün ilk hissəsində 21 qol buraxıb. Orta hesabla hər oyuna 1,16 qol düşür. Komanda hər 77 dəqiqədən bir qol buraxıb. Əgər ilk dövrədə Kaxaber Tsxadadzenin yetirmələri 15 qol buraxıblarsa, ikinci hissədə müdafiə nəhayət özlərinə gəlib və “İnter” qapısında cəmi 6 qol görüb. Ev oyunlarında “İnter” 12 top buraxıb, səfər oyunlarındasa qapısında 3 qol az görüb. Komandanın qapısından ən çox qolu “Qəbələ”, “Qarabağ” və “Neftçi” keçirib-4. “İnter”in qapısına yol tapa bilməyən yeganə komandasa “Xəzər-Lənkəran” olub.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43